İtaliya alimləri ilə yeni əməkdaşlıq əlaqələri yaradılıb

İtaliya alimləri ilə yeni əməkdaşlıq əlaqələri yaradılıb

İtaliyalı geoloqlar azərbaycanlı həmkarları ilə ölkəmizin şərqində geodinamik vəziyyəti öyrənir. Bununla əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Geodinamika və Seysmologiya şöbəsinin dəvəti ilə İtaliya Ekoloji Təhlil Metodologiyaları İnstitutu Milli Tədqiqat Şurasının (CNR) mütəxəssisi Luçiano Teleska Azərbaycana gəlib, Şəkidə yerləşən Qravitasiya və GPS (Qlobal Yertəyinetmə Sistemi) stansiyaları ilə tanış olmuş və birgə tədqiqat imkanları araşdırılıb.

İnstitutdan SİA-ya verilən xəbərə görə, tədqiqatlarda məqsəd yüksək geodinamikliyi ilə seçilən Şəki-Zaqatala bölgəsində müntəzəm qravimetrik siqnalları və GPS texnologiyaları vasitəsi ilə əldə edilən məlumatları statistik metodla tədqiq etməkdir. Nəticədə anomal effektlərin dəyişmə parametrləri və ümumi geodinamik vəziyyət haqqında məlumatlar əldə ediləcəkdir. Bu üsulun digər regionlarda da tətbiqi nəzərdə tutulur.

İşlər AMEA və İtaliyanın Elmi Tədqiqat Şurasının 2014 və 2015-ci illəri əhatə edən əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə