Mayın 7-i və 10-da bağlı olan yolların siyahısı

Mayın 7-i və 10-da bağlı olan yolların siyahısı

Mayın 7-dən 10-dək Bakıda keçiriləcək "Tour d "Azerbaidjan" beynəlxalq velosiped turunun növbəti yarışları ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. SİA-nın xəbərinə görə, velosiped turunun keçirilməsinə görə mayın 7-də saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol-Bakı-Sumqayıt şosesi Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq. Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.

May ayının 8-də saat 09.00-dan 15.30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində mayın 9-da saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, mayın 10-u saat 09.00-dan 13.30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək magistralda, mayın 11-də səhər saat 08.30-dan 11.00-dək Bakı şəhərində "Azadlıq meydanı", Neftçilər və Nobel prospekti, Zığ şosesi, Qala yolu, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Nardaran yolu, Bilgəh, Zağulba, Buzovna, Hava limanı şosesi marşrutu üzrə, saat 11.00-dan 14.00-dək isə Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Puşkin küçəsi, Azadlıq meydanı, Neftçilər prospekti, İçəri şəhərdə Kiçik Qala küçəsi, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Sona Vəliyeva, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçəsi, Parlament, H. Cavid prospekti, Landau küçəsi, İnşaatçılar prospekti, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçəsi, Bülbül prospekti, Üzeyir Hacıbəyli, Puşkin küçəsi – Azadlıq meydanı" marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə