Bu gün Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı qadınlar şurasının V konfransı keçirilib. Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzüblər. Heydər Əliyev Muzeyinin akt zalında davam edən konfransı YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev açaraq Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı YAP-nın dövlətimizin və xalqımızın həyatında oynadığı mühüm roldan, qazanılan nailiyyətlərdən danışıb.
F.Güləliyev partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq, YAP-nın cəmiyyətdə böyük bir siyasi qüvvə kimi xalqı əzmlə öz ardınca aparmasından, müstəqilliyimizin möhkəmləndirilməsində, xarici ölkələrdə dövlətimiz haqqında müsbət fikirlərin formalaşmasında böyük rolu barədə məlumat verib: "YAP-ın təsis olunduğu gündən ötən 22 il ərzində həm partiyanın, həm də Azərbaycan dövlətinin inkişafında mühüm nailiyyətlər əldə edilib. Bu illər ərzində ölkəmizin müstəqilliyi xilas edilərək, Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvünə, müstəqil, demokratik dövlətə çevrilib. Məhz Ümummilli Liderin gərgin əməyi, yorulmaz siyasi fəaliyyəti sayəsində ölkədaxili proseslər nizamlandı və daxili çəkişmələrə, anarxiyaya, etnik və milli münaqişələrə, hakimiyyət uğrunda silahlı mübarizəyə, vətəndaş qarşıdurmasına son qoyuldu. Beləliklə, sağlam əsaslar üzərində ictimai-siyasi sabitlik bərqərar olundu".
YAP Qadınlar Şurası rayon təşkilatının sədri Aytən Mənsimova hesabat məruzəsi ilə çıxış edərək, Ulu Öndərin zəngin ictimai-siyasi fəaliyyətindən və hər iki rəhbərliyi dövründə qadınlara xüsusi önəm verildiyindən, onların məsul vəzifələrə irəli çəkildiyindən, hərtərəfli qayğı ilə əhatə olunduqlarından danışaraq, rayon təşkilatı qadınlar şurasının fəaliyyəti haqqında ətraflı məlumat verib. A.Mənsimova YAP Qobustan rayon təşkilatı qadınlar şurasının sıralarının günbəgün genişləndiyini və rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirərək vurğulayıb ki, hazırda rayon təşkilatında qadınların sayı 700 nəfərə çatmışdır və bu rəqəm günbəgün artmaqda davam edir.
Konfransda partiya üzvlərindən Lalə Maxsudova, Sevil Əhlimanlı, Kəmalə Zərbalıyeva, Aytac Rəcəbova və başqaları çıxış edərək, son illər ölkəmizdə aparılan quruculuq işlərindən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası Sədrini müavini, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıblar. Çıxış edənlər qadınların ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatındakı rolundan, onlara göstərilən diqqət və qayğıdan ətraflı söz açıblar. Konfransda təhsillə, qadınları narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb və bir sıra təkliflər irəli sürülüb.
Tədbirdə iştirak edən RİH başçısının müavini Təranə Gülalıyeva təkliflərə münasibət bildirərək qaldırılan məsələlərin nəzərə alınacağını vurğulayıb.
Tədbirdə həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB