"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyi uğurlu fəaliyyətini davam etdirir

"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyi uğurlu fəaliyyətini davam etdirir

"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyi şəhid, qaçqın, məcburi köçkün, əlil, valıdeynsiz (bir ya, hər ikisini itirmiş), internat, imkansız ailələrdən olan uşaq və gənclərin, tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkuilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir. Birliyin rəsmisi Tural Turanın SİA-ya verdiyi məlumata görə, hazırda qurum üzvlərinin sayı 3000-dən çoxdur: "Cəmiyyətimiz istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, gənclər arasında müxtəlif yarışlar keçirib qalibləri mükafatlandırır. Təşkilatımızın 8 rayon şöbəsi fəaliyyət göstərir. Müəssisələrdə uşaqlar cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayırlar, ailə sevgisi, yaxşı təhsil, müəssisədən sonrakı həyata hazırlaşmaq üçün zəruri xidmətlərdən məhrum olaraq, illərlə həmin müəssisələrdə əziyyət çəkirlər. Təcrid olunduqlarına görə də, onlar tez-tez potensial zorakılıq, təhqir və istismara məruz qalırlar. Vəziyyəti çətinləşdirən cəhətlərdən biri də odur ki, uşaqların tam əksəriyyəti öz hüquqlarını bilmirlər. Məqsədimiz uşaqlara öz hüquqlarını aşılamaqdır".

"Uşaqlar nəinki öz hüquqlarını bilməli, özlərini müdafıə etməli, həmçinin digər insanların hüquqlarına hörmətlə yanaşmalıdırlar"-deyə bildirən Tural Turan onu da qeyd edib ki, uşaqlar öz hüquqlarını bildiyi zaman onlarda müstəqillik hissi və öz gücünə inam güclənir: "İnsan Hüquqları haqqında Ümumi Bəyənnamədə deyilir ki, hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi əqidəsindən, milli və sosial mənşəyindən, əmlak, sosial mövqeyindən asılı olmayaraq bütün hüquq və azadlıqlara malik olmalıdır. Cəmiyyətimiz bu çatışmamazlıqları aradan qaldırmaq, uşaqlara öz hüquqlarını başa salmaq üçün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla "Xüsusi qayğıya ehtiyacı olan müəssisələrdə uşaq hüquqlarının pozulmasının qarşısının alınması" layihəsini internat uşaqlarıyla; Suraxanı rayonu 7 saylı və Nərimanov rayonundakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbində həyata keçirtdi. Dövlət uşaq müəsisələrində tərbiyə alan uşaqlara qarşı olan ayrı-seçkilik onların təhsildən yayınmasına səbəb olur, təhsilin səviyyəsi aşağı olduğu üçün çox az bir qisim uşaq kollecə və ya ali məktəbə daxil olur və çox az bir qismi iş tapa bilir. Səbəb isə peşə təhsilin olmamasıdır. İnternatlarda olan uşaqlar öz həmyaşıdlarından, müəllimlərindən və sonradan küçədə də zorakılığa məruz qalırlar və beləliklə onların hüquqları pozulur. Hətta uşaqlardan pornoqrafik materialların hazırlanmasında , uşaq fahişəliyin yayılmasında istifadə edirlər ki, bu da uşaq hüquqlarının pozulmasıdır. Məhz bunların qarşısını almaq üçün Uşaq Hüquqları Konvensiyası qəbul edilmiş və Azərbaycan da bu Konvensiyaya qoşulmuşdur. Bu layihə çərçivəsində məqsədimiz uşaqlara öz hüquqlarını öyrətməkdir ki, onlar özlərini və yaşıdlarını qorusunlar. Inanırıq ki, bu layihənin gənclərimizə böyük köməyi oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə