Qərib Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edib FOTOLAR

Qərib Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirirlər. SİA-nın verdiyi məlumata görə, 2014-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bu gün Şirvan şəhərində vətəndaşların qəbulunu keçirib.

Şirvan şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov Şirvan, Salyan, Neftçala, Hacıqabul və Sabirabad rayonlarından olan 40-dan çox vətəndaşı qəbul edib. İlk öncə komitə sədri vətəndaşlara hazırlanan dövlət aktını təqdim edib. Sonra vətəndaşlar dinlənilib.

Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verildiyi barədə müraciətlər ediblər. Qəbul zamanı qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınmış və Komitənin müvafiq məktubları ilə aidiyyətı qurumlara ünvanlanmışdır. Qərib Məmmədov öz səlahiyyətlərinə aid işlərin qısa müddətdə icrası məqsədi ilə Komitənin aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verib. Komitə sədri Qərib Məmmədov jurnalistlərə sonda açıqlama verib və yerlərdə vətəndaşların qəbulunun keçirilməsinin əhəmiyyətindən danışıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə