Azərbaycan Milli Elmlər Akademiyasında "Görkəmli dövlət xadimi Heydər Əliyev: müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, bu münasibətlə Mərkəzi Elmi Kitabxana "Heydər Əliyev irsi və onun tədqiqi" adlı sərgi təşkil edib.
Sərgidə Heydər Əliyevin çıxışları toplanan kitablar, haqqında yazılan əsərlər, Heydər Əliyev Fondunun nəşrləri və Mərkəzi Elmi Kitabxananın yenicə çapdan çıxmış görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsini əks etdirən "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" külliyatının 2 cildli elmi-biblioqrafik göstəricisi nümayiş etdirilib. Bundan başqa, sərgidə Ulu Öndərin həyat və fəaliyyətlərini əks etdirən virtual görüntülər, filmlər və fotoşəkillər də sərgilənib.
Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, AMEA-nın institut rəhbərləri və əməkdaşları, habelə tədbirdə qonaq qismində iştirak edən millət vəkilləri sərgi ilə yaxından tanış olublar.
Sərgidə nümayiş etdirilən kitablar tədbir iştirakçılarının böyük marağına səbəb olub və belə bir sərgi təşkil etdiklərinə görə Mərkəzi Elmi Kitabxanın rəhbərliyinə və kitabxana əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB