YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının növbəti konfransı keçirilib
Aprelin 30-da YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubovun, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının I müavini İlham İsmayılovun və partiya fəallarının iştirakı ilə keçirilən konfransda öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulub.
Konfransın işində Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri Ofelya Əzizova qeyd edib ki, şəhər təşkilatı öz sıralarında 6688 nəfər üzvü birləşdirir və bunlardan 3899 nəfəri qadındır: "YAP Mingəçevir şəhər təşkilatının qadın üzvlərinin 1840 nəfəri gənc, 2201 nəfəri ali, 1084 nəfəri orta texniki, 614 nəfəri isə orta təhsillidir. Hakim partiyanın Mingəçevir şəhər təşkilatını üzvlərinin sayı günbəgün artmaqda davam edir. Hər bir azərbaycanlı kimi, Mingəçevir sakinləri də Yeni Azərbaycan Partiyasını nəinki ölkənin, eləcə də, regionun ən böyük siyasi partiyası hesab edərək, Ulu Öndərin ideyaları, Cənab Prezidentin siyasəti ətrafında sıx biləşib. Bu əzmkarlıq sarsılmaz böyük siyasi qüvvə- Yeni Azərbaycan Partiyasına olan sədaqətdən və inamdan irəli gəlir".
Məruzə ətrafında Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvü Nurcamal Məmmədova, şəhər təşkilatının Qadınlar Şurasının üzvü Lalə Əsgərova çıxış ediblər. Müzakirələrdən sonra təşkilati məsələlərə baxılıb və Nurcamal Məmmədova YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının yeni sədri seçilib. Həmçinin, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının növbəti konfransına 4 nəfər nümayəndə seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB