Bu gün səhər saatlarında Bakı Metropoliteninin "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində qatarların hərəkətində ləngimələr müşahidə olunub. Məsələ ilə bağlı qurumun mətbuat xidmətindən SİA-ya bildirilib ki, buna səbəb "Xalqlar dostluğu" stansiyası istiqamətində gedən qatarda texniki problemin olması idi.
Bakı MetropoliteniNdən o da bildirilib ki, problemin olmasında sərnişinlər dərhal qatardan təxliyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib: "Hadisə nəticəsində "Həzi Aslanov" stansiyasından "Nərimanov" stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb. Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, hazırda qrafik üzrə hərəkət davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB