Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda elmi işçilərin attestasiyası başa çatıb.
İnstitutun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, elmi işçilərin tutduqları vəzifələrə uyğunluğunu araşdırmaq və onların peşəkar fəaliyyətini qiymətləndirmək məqsədi ilə yaradılmış Attestasiya Komissiyası öz işinə yekun vurub. İnstitutda fəaliyyət göstərən 11 şöbənin əməkdaşlarının attestasiyasına bu il fevralın 12-də başlanılıb.
Attestasiya Komissiyası İnstitutda bir ildən çox çalışan 101 əməkdaşın son 5 ildəki fəaliyyətini nəzərdən keçirərək dəyərləndirib. Onların fərdi qabiliyyətləri və üstünlükləri, tutduqları vəzifəyə uyğun gəlib-gəlmədikləri müəyyən edilib.
Hər bir elmi işçinin gələcək fəaliyyətinə dair əsaslandırılmış qeydlər və tövsiyələr verilib. Komissiya öz işinin yekununda attestasiyanın nəticəsi üzrə qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB