Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri müraciətlərin yerində araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına qısamüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, araşdırma zamanı burada saxlanılan bir neçə şəxs qəbul edilmiş, onlara hüquqi məsləhətlər verilib.
Habelə başçəkmə zamanı müəssisədə artıq müasir standartlara cavab verən tibb-sanitar hissəsinin istifadəyə verildiyi, burada iki rentgen otağının, laboratoriyanın, stomatoloji kabinetin müasir avadanlıqla təchiz olunduğu, istintaq altında olan şəxslərin müalicəsi üçün palataların, həmçinin aptekin istifadəyə verildiyi müəyyən olunub.
Eyni zamanda istintaq təcridxanasının şəxsi görüş otağının tam avadanlıqla təchiz edildiyi müəyyən olunub, oradakı şəxslərlə söhbət zamanı təqsirləndirilən şəxslər və onların yanına gələn yaxınları bu halı müsbət qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB