“Məşğulluq Strategiyasının həyata keçirilməsi istiqamətində işəgötürənlərin rolu” FOTO

“Məşğulluq Strategiyasının həyata keçirilməsi istiqamətində işəgötürənlərin rolu” FOTO

Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə "Məşğulluq Strategiyasının həyata keçirilməsi istiqamətində işəgötürənlərin rolu" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov, idarə müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Baş tutan tədbirdə dövlət rəhbərliyi səviyyəsində görülən işlərin əhəmiyyəti bildirilib. Bu istiqamətdə görülən işlərə diqqətçəkən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirdi ki, əsas məqsəd rayon əhalisinin işlə təminidir.

Qaradağ Rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov mövzu ilə bağlı çıxış edərək rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinə "Əmək Bazarında" yaranan çətinliklərdən danışıb. Bu gün qarşımızda duran əsas məsələnin sosial müdafiəyə daha çox ehtiyacı olan, işə düzəlməkdə çətinlik cəkən vətəndaşların işlə təmin olunması problemlərinin həlli olduğunu qeyd edib.

Daha sonra çıxış edənlər cəzaçəkmə müəssisələrindən azad olunan vətəndaşların işlə təmin olunması məsələsi haqqında danışaraq onların cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra işlə təmin olunmasının vacibliyini vurğulayıblar. Peşə yönümü ilə bağlı gənclərin və xüsusi müdafiəyə ehtiyacı olan vətəndaşların işlə təmin olunması ilə əlaqədar maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçirilməsi xüsusi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə