Yaxın iki gündə hava necə olacaq? PROQNOZ

Yaxın iki gündə hava necə olacaq? PROQNOZ

"Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərində zəif duman olacaq". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova belə deyib.

Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 20-24 dərəcə isti olacaq: "Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi qərb rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir".

Şöbə müdiri qeyd edib ki, yaxın iki gün ərzində hava şəraitndə mühüm dəyişiklik gözlənilmir: "Paytaxtda və yarımadada mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında 22-24 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə