AMEA-nın əsas binasında Azərbaycan Coğrafiya Cəmiyyətinin (ASC) IX qurultayı keçirilib. SİA-nın xəbərinə görə, qurultayda ilk olaraq çıxış edən ACC-nin direktor əvəzi Ramiz Məmmədov hesabat haqqında məlumat verərək bildirib ki, hazırda Bakı Dövlət, Pedoqoji və Naxçıvan Dövlət Universitetlərində Cəmiyyətin 3 əsas filialı fəaliyyət göstərir.
Onun sözlərinə görə, gələcəkdə Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Yevlax filiallarının yaradılması nəzərdə tutulur.
O həmçinin qeyd edib ki, hesabat dpvründə ACC-nin əsərlər toplusunun 8 cildi nəşr edilib: "Bu cildlərdə ümumilikdə coğrafiyanın ən mühüm problemlərinə həsr olunan, elmi yenilikləri özündə əks etdirən 1000-ə qədər məqalə çap edilib. Həmçinin əsərlərdə 50-dən çox xarici ölkə alimlərinin əsərləri də nəşr edilib".
2013-cü ildə 14 dəfə ACC-nin Rəyasət Heyətinin iclasının keçirildiyini deyən direktor əvəzi Ramiz Məmmədov əlavə edib ki, hesabat dövründə 8 elmi və 1 beynəlxalq elmi praktiki konfrans keçirilib: "Konfransların işində Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, İran, Türkiyə və digər ölkələrdən gələn alimlər də iştirak ediblər".
"4-dən görkəmli alim və mütəxəssislərin yubileyləri ACC tərəfindən qeyd olunub. Cəmiyyətin üzvləri 4 beynəlxalq qrant layihəsinin yerinə yetirilməsində əsas iştirakçı olublar və layihələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib"- deyə R. Məmmədov fikirlərinə əlavə edib.
Qeyd edək ki, qurultayda qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınıb, Cəmiyyətin hesabatı, məruzəçılərin çıxışları dinlənilib, təşkilati məsələlərə baxılıb, "Coğrafiya Cəmiyyətinin Əsərləri" jurnalının təsis olunması, Coğrafiya Cəmiyyətinin elektron saytının təqdimatı, Cəmiyyətin loqosunun seçilməsi və təsdiqi, növbəti konfransının keçirilməsi haqqında və s kimi məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB