YAP Samux rayon təşkilatının Qadınlar Şurasının IV konfransı keçirilib
Aprelin 29-da YAP Samux rayon təşkilatının Qadınlar şurasının IV konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə YAP Samux rayon təşkilatının inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar. Sonra Konfrans öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov gündəlikdə duran məsələlər barədə məlumat verib və Konfrans iştirakçılarına uğurlar arzulayıb.
YAP Samux rayon təşkilatının Qadınlar şurasının sədri Kəmalə Xəlilova hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, YAP Samux rayon təşkilatının 4668 nəfər partiya üzvünün 2665 nəfərini qadınlar təşkil edir. Belə ki, Qadınlar şurası hesabat dövründəki fəaliyyətində partiyanın Proqram və Nizamnaməsini əldə rəhbər tutub, öz işini YAP Qadınlar Şurasının Əsasnaməsinin tələbləri səviyyəsində qurmağa çalışıb və bundan sonra da bu istiqamətdə çalışacaqlar.
Məruzə ətrafında çıxış edənlər-Elnaz Hüseynova, Pərvanə Kazımova, Mahirə Məmmədova qadınların ölkənin və rayonun ictimai- siyasi həyatındakı rolundan, həmçinin rayonda qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Məruzələrdən sonra YAP Samux rayon təşkilatının Qadınlar şurasının hesabatı qənaətbəxş hesab edilib. Daha sonra gündəlikdəki təşkilati məsələyə baxılıb. YAP Samux rayon təşkilatı Qadınlar şurasının yeni sədri və idarə heyəti seçilib, Kəmalə Xəlilova yenidən YAP Samux rayon təşkilatı Qadınlar şurasının sədri seçilib.
Konransın işində iştirak edən Samux rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək, qadınların cəmiyyətdəki rolundan ətraflı danışıb və yeni seçilmiş Qadınlar şurasının üzvlərini təbrik edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB