Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinin tələbələrinin təklifi ilə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində başlayan "İdeyanı bizimlə paylaş" layihəsinə yekun vurulub. SİA-nın məlumatına görə, iki gün ərzində davam edən təlimlər zamanı gənclərə layihələrin yazılması,büdcə qaydaları öyrədilib.
Təlim zamanı gənclər müxtəlif oyunlar icra edib və test tapşırıqları yerinə yetiriblər.Təlimin ikinci günü isə tələbələr 2 qrupa bölünərək öz layihələrini komanda şəkilində hazırlayaraq təqdimatını ediblər.
Təlimləri YAP GB-nın Ofisinin rəhbəri Sərraf Balaxan və ofisin layihələr üzrə koordinatoru,"İdeyanı bizimlə paylaş" layihəsinin rəhbəri Leyla Kərimova aparıblar.
Qeyd edək ki,YAP GB-da başlayan "İdeyanı bizimlə paylaş" layihəsi 2013-cü ilin may ayından start götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB