Novruz Məmmədov: "Leyla Yunus və Arif Yunus kimi adamları tanımıram və tanımaq da istəmirəm"

Novruz Məmmədov: "Leyla Yunus və Arif Yunus kimi adamları tanımıram və tanımaq da istəmirəm"

"Mən Leyla Yunus və Arif Yunus kimi adamları tanımıram və tanımaq da istəmirəm". Bunu SİA-ya açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Leyla və Arif Yunusla bağlı baş vermiş hadisədə adının hallanmasına münasibət bildirərkən deyib.

N.Məmmədov bildirib ki, bu planın həyata keçirənlər, o cümlədən Mehman Əliyev ictimaiyyəti aldatmaqla məşğuldur: "Görünür Mehman Əliyevin adam qaçırmaq işində də təcrübəsi varmış. Əldə etdiyim məlumata görə, Leyla Yunus və Arif Yunus ilə bağlı "əməliyyat planı" Turan agentliyinin rəhbəri Mehman Əliyevin bağında yetişib və bu planı həyata keçirmək üçün "hüquq fədaisi" özünə dəstək də axtarıb tapıb. Amma Mehman Əliyev hər şeyi yaxşı bilə-bilə bu planın həyata keçirilməsinin hüquqi əsasları haqqında düşünmək əvəzinə ictimaiyyəti aldatmağa üstünlük verib. Ya səviyyəsi çatmayıb, ya da düşdüyü vəziyyət onu bu addımı atmağa məcbur edib. Mətbuat xadiminin fəaliyyət arsenalının zənginliyi heç bir şübhə doğurmur".

Bütün xəbərlər Facebook səhifəmizdə