Azərbaycanın görkəmli elm xadimi, aftolmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Ukraynada anım mərasimi keçirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, anım mərasimində iştirak etmək üçün Ukraynanın İrpen şəhərinə gələn Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları tanınmış elm fədaisinin büstü önünə tər çiçəklər qoyub, akdemikin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, akademik Zərifə Əlyevanın Azərbaycan tibb elminin inkşafındaki misilsiz xidmətindən söz açıb.
Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək Ulu Öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömr-gün yoldaşı olan Zərifə Əliyevanın şərəfli ömür yolundan söz açıb, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğunu vurğulayıblar.
Anım mərasimində çıxış edən İrpen şəhərindəki 12 sayli orta məktəbin şagirdi Valeriya Rudenko və UAGB-nin sədr müavini İlhamə Allahverdiyeva Zərifə Əliyevanın İrpen şəhərində ucaldılan büstünün Azərbaycanla Ukrayna arasında əbədi dostluq körpüsünə çevrildiyini nəzərə çatdırıblar.
12 saylı orta məktəbin müəlliməsi Nataliya Oleynik bildirib ki, 91 il bundan öncə Naxçıvanın Şahtaxtı kəndində anadan olan Zərifə Əliyevanın adı bu gün İrpen şəhər sakinləri tərəfindən əziz tutulur.
Anım mərasimində İrpen Şəhərindəki Zərifə Əliyeva adına orta məktəbin şagirdlərinə Azərbaycanın Ukraynadakı səfirliyi və SOCAR Ukrayna tərəfindən hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB