AHİK sədri: "Sanatoriyaların bərpası üçün 2 milyon pul ayrılıb"

AHİK sədri: "Sanatoriyaların bərpası üçün 2 milyon pul ayrılıb"

"Bakıda Şıxov sanatoriyası istisna olmaqla, digərlərində yenidənqurma işləri aparılır. Bu sanatoriyaların bərpası üçün 2 milyona yaxın vəsait ayrılıb və bu vəsait sayəsində bütün sanatoriyaların həyəti abadlaşdırılıb, müasir forma yaradılıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, artıq sanatoriyaların tibbi və mətbəx avadanlıqları da dəyişdirilib, yenidən qurulub: "Bütün imkanlarımızı səfərbər edirik ki, istirahətə gələnlər üçün imkanlar yaradaq. İldən-ilə istirahət edənlərin sayı artır. Keçən il üçün AHİK xətti ilə 50 mindən artıq insan sanatoriyalarda istirahət edib. Eyni zamanda həm iş təşkilatları, həm də sahə həmkarlar ittifaqları tərəfindən insanların istirahəti üçün külli miqdarda vəsait xərclənir".

Bütün xəbərlər Facebook səhifəmizdə