Əməyin mühafizəsi qaydalarının pozulması ilə bağlı 1546 fakt aşkar edilib
"Həmkarlar İttifaqı komitələri öz əməli fəaliyyətində birgə kompleks yoxlamalar təcrübəsindən daha geniş və səmərəli surətdə istifadə ediblər. Bilavasitə müəssisələrin əməyin mühafizəsi xidməti ilə birgə əməyin mühafizəsi qaydalarının pozulması ilə əlaqədar 1546, nəzarət orqanları ilə birgə 108, müəssisə müdiriyyəti ilə birgə keçirilən yoxlamalarda isə 850 pozuntu halı aşkar edərək aradan qaldırılıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, bütün bu tədbirlər bir sıra müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaitinin əvvəlki müvafiq dövrdə müqayisədə 17,2%, hər işçiyə görə isə 21,7% artırılmasına gətirib çıxarıb: "Attestasiya olunan iş yerlərinin sayı 81%-ə, tibbi baxışdan keçirilən işçilərin sayı 99%-ə çatdırılıb. İşçilər müəyyən olunan normalar daxilində sanitar-məişət xidmətləri, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB