Energetika Nazirliyində Belçika nümayəndə heyəti ilə görüş keçirilib
Energetika Nazirliyində Belçika nümayəndə heyəti ilə görüş keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Belçikanın Valoniya regionunun İxrac və İnvestisiyalar Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan şirkət nümayəndələrindən ibarət heyəti qəbul edən energetika nazirinin müavini Natiq Abbasov ölkəmizin son illər əldə etdiyi iqtisadi uğurlar barədə məlumatlar verib. O, Azərbaycanın Avropa İttifaqının etibarlı ticarət tərəfdaşına çevrildiyini qeyd edib və belçikalı iş adamlarının Azərbaycandakı fəaliyyətini təqdir edib.
Nazir müavini Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, cari və perspektiv iqtisadi potensialı, investisiya imkanları və infrastruktur layihələri barədə də ətraflı məlumatlar verib. Belçikanın "Tractebel engineering" şirkətinin nümayəndəsi Thierry Cardinael səmimi qəbula görə təşəkkürünü bildirib. O, bir sıra təkliflərlə çıxış edib. Görüş ölkəmiz və ümumilikdə qarşılıqlı maraq kəsb edən layihələrlə bağlı sual-cavablarla davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB