Akademik Zərifə Əliyevanın 91 illik yubileyi Səbail rayonunun təhsil müəəsisələrində qeyd olunub

Akademik Zərifə Əliyevanın 91 illik yubileyi Səbail rayonunun təhsil müəəsisələrində qeyd olunub

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verən akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi paytaxtımızın Səbail rayonunda geniş şəkildə qeyd olunub. SİA-nın xəbərinə görə, əlamətdar yubileylə bağlı idarə və təşkilatlarla yaşaşı, rayonun orta təhsil müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunan bir sıra tədbirlər, sərgi, inşa yazı və divar qəzetləri müsabiqələri, müxtəlif aksiyalar təşkil olunub.

Yubiley tədbirləri çərçivəsində 7, 163, 189, 190, 239 saylı orta məktəblərdə, 49 saylı "İntellekt" məktəb-liseydə 132-134 saylı Təhsil Kompleksində görkəmli oftalmoloq, tibb elmləri doktoru Zərifə xanım Əliyevaya həsr olunan "Azərbaycan qadını", "Gözlərə işıq, nur bəxş edən insan" və "Ana- müqəddəslik zirvəsidir" mövzularında inşa yazı, 7, 91, 239, 162, 189, 190 saylı orta məktəblərdə, 132-134 saylı Təhsil Kompleksində, 160 saylı Klassik Gimnaziyada divar qəzetləri, 91, 162, 163 saylı orta məktəblərdə bədii qiraət müsabiqələri, 2, 7, 163, 189, 203 saylı orta məktəblərdə, 49 saylı "İntellekt" məktəb-liseydə şagirdlərin rəsm əsərləri sərgisi, 160 saylı Klassik Gimnaziyada Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevaının anadan olmalarının 91-ci ildönümünə həsr olunan ənənəvi şahmat turniri, 163 saylı orta məktəbdə idman yarışları keçirilib, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılıb.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında akademik Zərifə xanım Əliyevaya həsr olunan kitab sərgiləri, İstiqlal muzeyində tədbir təşkil olunub, rayonun orta məktəblərinin şagirdləri bu sərgi və tədbirlərin fəal iştirakçısı olublar. Şagirdlərin Milli Azərbaycan Tarixi və İstiqlal Muzeylərində yaradılan yeni ekspozisiyalara ekskursiyaları təşkil olunub.

Aprelin 28-də 132-134 saylı Təhsil Kompleksində şagirdlərin elektron təqdimatları keçirilib, mövzu ilə bağlı materiallar məktəbin saytına yerləşdirilib. Həmçinin 91 və 236 saylı orta məktəbdə akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yoluna həsr olunan dəyirmi masa, 132-134 saylı Təhsil Kompleksində "Qəlblərdə yaşayan insan" mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirlər çərçivəsində rayonun 2, 49, 50, 51, 91, 162, 190, 203, 236 saylı orta məktəbləri, 160 saylı Klassik Gimnaziya və 132-134 saylı Təhsil Kompleksinin yuxarı sinif şagirdləri "Fəxri Xiyaban"da Xalqımızın Ümummilli lideri Heydər Əliyev və akademik Zərifə xanım Əliyevaının məzarlarını ziyarət edib və onların abidələri önünə əklil və tər çiçəklər qoyublar.

Keçirilən tədbirlərdə Səbail rayon İcra Hakimiyyətinin rəhbər və məsul işçiləri, rayon ictimaiyyətinin, veteranlar, ağsaqqallar və gənclərin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə