Almaniya mətbuatında “Azərbaycan. Qonaqpərvərlik qalib gəlir” sərlövhəli məqalə dərc olunub
Almaniyanın geniş oxucu kütləsinə malik "Jewish Voice from Germany" qəzetində baş redaktor Elizabet Seliqman-Noyun Azərbaycana səfərindən bəhs edən "Azərbaycan. Qonaqpərvərlik qalib gəlir" sərlövhəli məqaləsi dərc olunub. SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, qəzetin internet saytında isə (http://jewish-voice-from-germany.de/cms/dynamics-and-tradition/) baş redaktorun Azərbaycana həsr olunan"Dinamika və ənənələr" sərlövhəli məqaləsi yerləşdirilib.
Azərbaycana səfərinin Novruz bayramına təsadüf etdiyini vurğulayan müəllif, əvvəlcə bayramın qeyd olunmasının özünəməxsus cəhətləri barədə məlumat verib, süfrələrin bəzədilməsi, masalara 7 cür yemək qoyulması, tonqal qalanması, aşıqların məclisləri idarə etməsi və digər adətləri oxucuların diqqətinə çatdırmışdır. Jurnalist hər addımda qarşılaşdığı qonaqpərvərliklə bağlı fikirlərini bölüşmüş, bunu "hesaba gəlməyən" adlandırıb: "Oturmağa imkan tapmırsan ki, qarşına isti çay gətirirlər. İnsanlar sənin özünü evində hiss etməyin üçün əllərindən gələni edirlər".
Müəllif Azərbaycanda bu qonaqpərvərliyin əsasında bir sıra məsələlərin çox asanlıqla həll olunmasından təəccübünü də gizlətmir: "Zaha Hədidin əzəmətli əl işi olan Bakıdakı Heydər Əliyev Mərkəzinə ekskursiya istəyirsən? Bir telefon zəngi aç, bir az sonra sən ordasan. Azərbaycanda yəhudi icmasının nümayəndəsi ilə görüşmək istəyirsən? Böyük məmnuniyyətlə. Növbəti gün səni yeni tikilmiş sinaqoqda salamlayacaqlar".
Jurnalist qeyd edir ki, qonaqpərvərliklə bərabər tolerantlıq da bu ölkənin bir hissəsidir. Azərbaycan üç böyük dini icmanın dinc şəkildə bərabər yaşadığı bir ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB