“Erməni məsələsi” - doqquz suala doqquz cavab”

“Erməni məsələsi” - doqquz suala doqquz cavab”

"Aydınlar ocağı" Anadolu bölməsinin himayədarlığı ilə "Erməni məsələsi" - doqquz suala doqquz cavab" kitabı çapdan çıxıb. "Aydınlar ocağı"nın rəhbəri, İstanbul Universitetinin professoru Mustafa Erkalın ön söz yazdığı kitabda erməni millətçilərinin və din xadimlərinin ortaya atdıqları uydurma "Böyük Ermənistan" iddiasının tarixinə və müasir dövrdə onun ətrafında aparılan müzakirələrə elmi əsaslarla cavab verilir. Faktlar əsasında sübut olunur ki, "Böyük Ermənistan" dövlətinin mövcudluğu, "erməni məsələsi", "erməni soyqırımı" və s. məqamlar zaman-zaman ermənilərin uydurduqları əsasız mövzulardır. Diqqətə çatdırılır ki, əslində erməni millətçiləri və din xadimləri kitabda qeyd olunan doqquz sualla özləri özlərini elə dolaşdırıblar ki, bu suallara cavab vermək iqtidarında deyillər. Ermənilərin əsasız ərazi iddiaları, erməni mədəniyyəti ilə bağlı ortaya atılmış müzakirələrdən belə çıxır ki, onların bütün qitələrdə dövlətləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə