Belarusda “Desyat let istorii Azerbaydjana: 2003-2013 qodı” kitabının təqdimatı ol

Belarusda “Desyat let istorii Azerbaydjana: 2003-2013 qodı” kitabının təqdimatı ol

Belarus Respublikası Prezidenti Administrasiyasının nəzdindəki Milli Kitabxanada Moskva Dövlət Xarici Əlaqələr İnstitutunun professoru, tarix elmləri doktoru Stanislav Çernyavskinin "Desyat let istorii Azerbaydjana: 2003-2013 qodı" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin deputatları- aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Belarusda səfərdə olublar.

Təqdimat mərasimində, həmçinin Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixnieviç, Belarus parlamentinin nümayəndələr palatasının xarici əlaqələr komissiyasının sədr müavini Vitali Busko, Belarus Yazıçılar Birliyinin sədri Nikolay Çerqinets, Türkiyənin və Müstəqil Dövlətlər Birliyi üzv ölkələrin səfirləri, bir sıra aparıcı ali təhsil müəssisələrinin təmsilçiləri, habelə yerli ictimaiyyətin, KİV-lərin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə sənədli film nümayiş olunub. Sonra Azərbaycan Respublikasının Belarusdakı səfiri İsfəndiyar Vahabzadə kitab barədə mülahizələrini bölüşüb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Səfir qeyd edib ki, məqsədyönlü, uzaqgörən daxili və xarici siyasət kursunun və həyata keçirilən irimiqyaslı layihələrin nəticəsi olaraq Azərbaycan regionda lider dövlətə çevrilmiş və dünya miqyasında nüfuzunu, mövqeyini ilbəil gücləndirib.

Digər çıxış edənlər də Azərbaycanda son on ildə müşahidə edilən sosial-iqtisadi tərəqqi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyi, habelə ölkəmizdə mövcud olan tolerantlıq mühiti barədə danışıblar.

Təqdimat mərasimi yerli KİV-lərdə geniş işıqlandırılıb, habelə Azərbaycan Televiziyasının Ukraynada yerləşən çəkiliş qrupu tədbiri lentə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə