Nərimanov rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd edilib

Nərimanov rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd edilib

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Nərimanov rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan bəhs edərək bu yolun qiymətli nümunəyə çevrilərək yeni nəsillər üçün örnək olduğunu qey etdi.

Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etdi ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini beynəlxalq müstəvidə tanıdıb: "Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görərək, Onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib".

Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında qeyd etdi ki, oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti ilə seçilən Zərifə Əliyeva ölkənin ictimai proseslərində fəal Azərbaycan qadını kimi iştirak edib: "O, hər bir Azərbaycan qadınına nümunə olcaq bir xanımdır. Zərifə Əliyevanın zəngin həyat yolu hər kəsə nümunə olmalıdır".

Tədbirdə Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi. Tədbir bağça uşaqlarının və əməkdaşlarının ifasında səslənən akademik Zərifə xanım Əliyevaya həsr olunan şeirlər, ifa etdikləri rəqslərlə davam etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə