Akademik Zərifə Əliyevayanın xatirəsinə həsr olunan bilik oyunu keçirilib FOTOLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) hər il Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan tədbirlər keçirir. SİA-nın xəbərinə görə, Komitə ənənəvi olaraq bu il də akademik Zərifə Əliyevanın 91 illik yubileyi ilə əlaqədar Azərbaycan İntellektual Oyunlar Klubu ilə birgə "Qələbəyə doğru" uşaqlar arasında intellektual bilik oyunu keçirib.
Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan "Nur dolu ömür" adlı filmin nümayişi ilə başlayıb.
Daha sonra çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova akademik Zərifə Əliyevanın tibb sahəsində əldə etdiyi uğurlardan söz açıb. Onun sözlərinə görə, Z .Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub: "O, vaxtilə Azərbaycanda geniş yayılan traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifi olub. Z. Əliyeva eyni zamanda yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib".
Rəsmi hissədən sonra yarışa start verilib.
Məlumat üçün bildirək ki, yarış Bakı şəhərinin 12 rayonunu (Səbail, Nizami, Yasamal, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Binəqədi, Qaradağ, Nəsimi, Nərimanov, Pirallahı) təmsil edən məktəbliləri arasında baş tutub. Hər rayonun komandasında 6 nəfər iştirak edib.
Qeyd edək ki, yarışda I, II və III yerin qalibləri olan komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.




.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB