Bu yolda hərəkət məhdudlaşdırılacaq sürücülərin nəzərinə

Bu yolda hərəkət məhdudlaşdırılacaq sürücülərin nəzərinə

Azadlıq prospektində, Ziya Bünyadov prospektində yerləşən tuneldən "Baksol yolu" deyilən ərazi ilə Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissədə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. O bildirib ki, qeyd olunan işlər səhər saatlarına qədər başa çatacaq ki, bundan sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə