Latviyanın sabiq prezidenti: "Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının böyük dəyəridir"

Latviyanın sabiq prezidenti: "Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının böyük dəyəridir"

"Azərbaycanın Gəncə şəhərində yaşayıb yaratmış Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının böyük dəyəridir". SİA-nın xəbərinə görə, bu sözləri Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vike Vayra-Frayberqa II Qlobal Cəmiyyətlər Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, əgər Nizami Gəncəvi irsinin davamçılarıyıqsa, onun yaradıcılığından istifadə edib, streotipləri aradan qaldırmalıyıq: "Bu gün Forumda iştirak edənlər beynəlxalq münasibətlərin inkişafında maraqlı olan insanlardır. Biz bir araya toplaşırıqsa, dünyanın müxtəlif yerlərində qan tökülməsinin qarşısnın alınması üçün məsləhətlər verməliyik. Çünki qətlə yetirilən insanlar yaşamaq hüququndan məhrum olurlar. Biz 2000-ci ildə BMT-nin Minilliyin İnkişafı Proqramını qəbul edərkən bu hadisələrin baş verəcəyinə inanmırdıq. Saysız-hesabsız konfranslar keçirilir. Ancaq mən Prezident İlham Əliyevə təşəkkür edirəm ki, Cənubi Qafqazda dayanıqlı inkişafla bağlı tədbirin keçirilməsinə dəstək verəcəyini bildirib. Bu, əslində BMT səviyyəsində tədbirdir. Biz dialoq vasitəsi ilə müəyyən etməliyik ki, açıq cəmiyyət nə deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə