Bəzi rayonlarda qaz olmayacaq

Azərbaycanın bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Bərdə və Xızı rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tərtər və Siyəzən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə