"Fənərbaxça" çempion oldu

"Fənərbaxça" Türkiyə Superliqasında yarışın bitməsinə üç tur qalmış çempionluğunu rəsmiləşdirib.

SİA-nın məlumatına görə, İstanbul təmsilçisi ölkə çempionatının 31-ci turunda bu gün "Rizespor"la qarşılaşıb. 0:0 hesabı ilə başa çatan oyunla "Fənərbaxça" xalını 68-ə yüksəldib. Bununla da Ərsun Yanalın komandası ən yaxın izləyicisi "Beşiktaş"la xal fərqini 13-ə çatdıraraq vaxtından əvvəl çempionluğunu elan edib.

Qeyd edək ki, "Fənərbaxça" UEFA tərəfindən cəzalandırıldığı üçün birinci olmasına baxmayaraq, avrokuboklarda iştirak edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə