Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilib

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilib

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilib.

"Sumqayıt" öz meydanında "Bakı"nı qəbul edib. Oyunda tərəflər hərəyə bir dəfə fərqlənib - 1:1. "Qəbələ" isə "Simurq"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Bakı"nın xal itirməsindən yararlanan "Qəbələ" turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. "Rəvan" öz meydanında AZAL-la qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. "Xəzər Lənkəran" səfərdə "İnter"lə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Burada çempionatın lideri "Qarabağ" klubu "Neftçi"ni sınağa çəkib. Sözügedən matçda qalib müəyyənləşməyib - 1:1.

27 aprel (bazar)

Azərbaycan Premyer Liqası, 32-ci tur

20:00. "Qarabağ" – "Neftçi" - 1:1

Qollar: Flavinyo, 40 (0:1), Muarem Muarem,51 (1:1)

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu.

19:00. "İnter" – "Xəzər Lənkəran" - 3:0

Qol: Arif Daşdəmirov, 4 (1:0), Abdulla Abatsiyev, 75 (2:0), Derlis Meza Kolli, 84 (3:0)

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov

"Şəfa" stadionu.

17:00. AZAL – "Rəvan" - 0:0

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov

"AZAL Arena" stadionu.

16:00. "Qəbələ" – "Simurq" - 1:0

Qol: Dodo, 58 (1:0)

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov

Qəbələ şəhər stadionu.

16:00. "Sumqayıt" – "Bakı" - 1:1

Qollar: Fərcad-Azad, 47 (1:0), Risto Ristoviç, 69 (1:1)

Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.

Bütün xəbərlər Facebook səhifəmizdə