Naxçıvanın “Araz” komandası futzal üzrə UEFA Kuboku yarışlarında bürünc medal qazanıb
"Sərhədçi" İdman Olimpiya Mərkəzində futzal üzrə UEFA kuboku yarışlarında üçüncü yer uğrunda oyun keçirilib. Naxçıvanın "Araz" komandası Qazaxıstanın "Kayrat" kollektivi ilə qarşılaşıb.
"Araz"ın heyətində meydana Aleksey Papov, Fabiano, Rafael, Auqusto və Adriano Folya çıxıblar.
Oyun Naxçıvanın "Araz" komandasının 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. "Araz"ın heyətində Amadeu, Adriano Folya (2), Fabiano, Auqusto və Eduardo fərqləniblər.
Beləliklə, "Araz" komandası UEFA kuboku yarışlarının bürünc medallarını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB