ABŞ-ın “US-Television” şirkəti Azərbaycan haqqında veriliş hazırlayır

ABŞ-ın “US-Television” şirkəti Azərbaycan haqqında veriliş hazırlayır

ABŞ-ın nüfuzlu "US-Television" (USTV) şirkəti Azərbaycanda müxtəlif sferalarda, o cümlədən iqtisadi sahədə əldə olunan uğurların təbliği məqsədilə xüsusi layihə çərçivəsində proqram hazırlayır.

Proqramda, həmçinin ölkədə informasiya cəmiyyətinin inkişafı, informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun müasir tələblər səviyyəsində qurulması və s. istiqamətdə görülən işlərin işıqlandırılması da nəzərdə tutulub.

Bu məqsədlə şirkətin proqram meneceri Bart Vaynants AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) olub.

Görüşdə USTV-nin fəaliyyəti haqqında məlumat verən B.Vaynants televiziyanın iqtisadi inkişafa istiqamətlənən proqramlar hazırlayan müstəqil şirkət olduğunu bildirib. B.Vaynants bildirib ki, şirkətin hazırladığı xüsusi proqramlar ABŞ-ın nüfuzlu "Fox 5 New York" televiziya kanalında yayımlanır. Proqramda qlobal iqtisadiyyat əhatə olunmaqla, iqtisadi siyasət və bu sahədəki yeniliklər, xarici biznes sahələri, o cümlədən İKT-nin iqtisadi inkişafda rolu və bu sahədə qazanılan uğurlar işıqlandırılır.

İnstitutun direktoru, AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü, professor Rasim Əliquliyev son 10 ildə ölkəmizdə informasiya cəmiyyəti tələblərinin bərqərar olması, İKT-nin inkişafı sahəsində əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib.

R.Əliquliyev elmi müəssisənin informasiya texnologiyaları və informasiya cəmiyyəti sahəsində qəbul olunmuş dövlət proqramlarından irəli gələn məsələlərin həllində yaxından iştirak etdiyini bildirib. Alim qeyd edib ki, institutda informasiya cəmiyyəti və informasiya texnologiyaları üzrə aktual problemlərin həlli istiqamətində elmi-tədqiqatlar aparılır, İKT sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlanır.

R.Əliquliyev ABŞ-ın "Fox 5 New York" televiziya kanalına müsahibə verib.

Sonda qonaq institutun elmi-texniki bazası ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə