Beyləqanda yeni uşaq bağçası və körpələr evinin açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev və rayon ictimaiyyəti iştirak ediblər. Çıxış edən rayon icra başçısı və digərləri məktəbəqədər tədris ocağının istifadəyə verilməsinə görə tədbir iştirakçılarını, bağçanın kiçik sakinlərini, onların valideynlərini, bağça kollektivini təbrik ediblər. Uşaqlara gələcək həyatlarında müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzu ediblər.
Qeyd edək ki, yeni istifadəyə verilən 55 çarpayılıq uşaq bağçasında balacalar üçün lazım olan bütün şərait yaradılıb. İkimərtəbəli binada musiqi zalı, 4 qrup otağı, tərbiyəçi-metodist, tibb, məşğələ, yemək, yataq və digər otaqlar, eyni zamanda mətbəx, anbarlar yaradılıb. Bağça istilik sistemi ilə təmin olunub. Bununla yanaşı bağçanın həyətində qazanxana, yanğın əleyhinə və içməli su anbarı, 2 söhbətgah da tikilib.
Şamxal Cəliloğlu, Qarabağ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB