Həftə sonu paytaxt yağışlı olacaq PROQNOZ

Həftə sonu paytaxt yağışlı olacaq PROQNOZ

"Aprelin 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Şimal küləyinin güclənəcəyi gözlənilir". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 8-11, gündüz 13-17 dərəcə isti təşkil edəcək: "Azərbaycanın bölgələrində bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında Gecə 7-12, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək".

Şöbə müdiri bildirib ki, qeyri-sabit hava şəraiti Azərbaycanda aprelin 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə