Zərifə Əliyevanın 91 illiyinə həsr edilən dəyirmi masa keçirilib FOTO
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatı Qadınlar Şurası Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş dəyirmi masa təşkil edib. SİA-nın məlumatına görə, tədbirdə giriş sözü ilə çıxış edən YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə Zərifə xanım Əliyevanın həyat fəaliyyəti haqqında məlumat verib: " Zərifə Əliyevanın timsalında ilk öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də, onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər. Həqiqətən də, Zərifə xanımın davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir. Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. Bu gün onun yetişdirdiyi kadrlar da insanlara sağlamlıq bəxş edir. Bütün bunlarla yanaşı, Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir. Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq elə də asan məsələ deyildi".
Tədbirdə həmçinin AzTU-nun prorektoru Gülsüm Fətəliyeva "Məğrur qadın, fədakar ana, böyük alim", "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova "Müasir cəmiyyətdə qadınların rolu" adlı məruzə ilə həkimlərdən Xalidə Sadıqova, Tükəzban Nuriyeva, Şirin Əhmədova, ADAU-nun kafedra müdiri Səidə Qasımova, Arzu Məmmədova və başqaları çıxış ediblər.
Daha sonra Zərifə xanım Əliyevaya həsr olunan videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB