Çernobıl faciəsindən 28 il keçir TARİX

Çernobıl faciəsindən 28 il keçir TARİX

26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verdi. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsinin küləklər cənuba da "sürükləmişdi". Nəticədə Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar olmuşdu. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Ümumilikdə qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edildi. Rəsmi məlumatlara görə, onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişdi. Qeyri-rəsmi məlumatlara görə, qəzanın aradan qaldırılmasında iştirak edən təxminən 95-100 min adam məruz qaldığı şüalanma nəticəsində öldü. Xilasetmə işlərində çalışan təxminən 500-550 min adam isə ağır xəstəliyə tutuldu. Onların bir hissəsi artıq dünyasını dəyişib, digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamqda davam etməkdədir. Bu insanlar əslində ömürlük əzab çəkməyə məruz qoyulan faciə qurbanlarına çevriliblər. Onlar həyatla ölüm arasında can çəkməkdədirlər və ətraflarındakı yaxınlarına da bu dəhşəti yaşatmaqda davam edirlər. Bir vaxtlar xilasetmə işlərində çalışan və şüalanma zonasında yaşayan insanlar üçün müəyyən pulsuz müalicələr nəzərdə tutulmuşdu. Onlara dövlət tərəfindən az da olsa maliyyə yardımları göstərilirdi. Lakin SSRİ-nin dağılmasından sonra bu insanlar unuduldular və onların ağır günləri başladı. Qeyd edək ki, qəza zonasında xilasetmə işlərində çalışan 650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklər tüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bü, yüz illər boyu zəncirvari şəkildə öz təsirini göstərəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə