Paytaxtda yağış yağacaq, hava sərinləşəcək PROQNOZ

Paytaxtda yağış yağacaq, hava sərinləşəcək PROQNOZ

"Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq". Bunu SİA-ya açıqlamasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova deyib.

Onun sözlərinə görə, həftənin son iş günü paytaxtda və yarımadada havanın temperaturunun gecə 8-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir: "Ölkənin bölgələrində aprelin 26-da şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-15 dərəcə isti olacağı gözlənilir".

Qurum rəsmisi bildirib ki, qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə