Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilib
Aprelin 25-də Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun Qalağan kəndinin sakini Zabit Nəsirov ilə Solmaz Məmmədovanın nikah mərasimi keçirilib.
Bununla da evlənən cütlüklərin Heydər Əliyev Mərkəzində nikah mərasiminin keçirilməsi ənənəsinin bünövrəsi qoyulb.
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra Mərkəzdə yeni ailə quranların qohumlarının və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə nikah aktının imzalanması mərasimi olub.
Yeni ailə quran gənclər nikah mərasiminin müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB