AIESEC sizləri gənclər forumuna dəvət edir

AIESEC sizləri gənclər forumuna dəvət edir

Youth to Business Forum AİESEC tərəfindən keçirilən, dünyanın müxtəlif ölkələrində baş tutan, gənc liderləri və biznes dünyasının tanınmış simalarını uyğun mövzular ətrafında toplayan və fikir mübadiləsi aparmağa imkan verən unikal tədbirdir. SİA-nın məlumatına görə, Forumun əsasında dayanan fikir, qlobal əhəmiyyətə malik mövzular ətrafında perspektivləri müzakirə etmək və mümkün olan həll yolları tapmaqdır.

Tarix: 4 May, 2014

Məkan: Azərbaycan Diplomatik Akademiyası

Forumun mövzuları:

1. İnnovasiya

2. Sahibkarlıq

3. Dayanıqlı iqtisadi inkişaf

200 tələbə və gənc sahibkarlar üçün biznes dünyasının yüksək mövqeli üzvləri tərəfindən keçirilən təlimlər. Təlimlər azərbaycan və ingilis dillərində keçiriləcək. Bütün iştirakçılar əməkdaş şirkətlər tərəfindən təsdiq olunmuş sertifikat əldə edəcəklər.

Ərizə forması: www.azerbaijany2b.com/apply.php

Son qeydiyyat tarixi: 26.04.2014

Ətraflı məlumat: www.AzerbaijanY2B.com

Bütün xəbərlər Facebook səhifəmizdə