Ulu Öndərə həsr olunan “Dahi Azərbaycanlı” filmi nümayiş etdirilb

Ulu Öndərə həsr olunan “Dahi Azərbaycanlı” filmi nümayiş etdirilb

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun və Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda ilk növbədə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun Ümumilli liderə həsr etdiyi "Dahi Azərbaycanlı" filmi nümayiş etdirilib.

Filmdə Heydər Əliyevin həyatı, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin inkişafı üçün gördüyü böyük işlər barədə geniş bəhs olunur.

Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov öz çıxışında nümayiş etdirilən filmi yüksək qiymətləndirib, Yaqub Mahmudova belə yüksək səviyyəli filmə görə təşəkkür edib.

Konfransda çıxış edənlər Heydər Əliyevə həsr edilən filmin çox uğurlu alındığını, filmin ulu öndər hqqında ideya baxımından ən yaxşı filmlərdən biri olduğunu, Heydər Əliyevin həyatının, xalqa xidmətlərinin geniş işıqlandırıldığını qeyd ediblər.

Sonda "Dahi Azərbaycanlı" filminin ssenari müəllifi AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək filmin ərsəyə gəlməsində və nümayışındə əməyi olan hər kəsə təşəkkür edib və Heydər Əliyev barədə öz xatirələrindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə