Lerikdə Çernobıl faciəsinin 28-ci il dönümü ilə əlaqədar tədbir keçirilib FOTOLAR
Aprelin 25-də Lerik Rayon İcra Hakimiyyətində İcra başçısı Rövşən Bağırov "Çernobıl" faciəsinin 28-ci il dönümü ilə əlaqədar həmin faciənin fəsadlarının aradan qaldırılmasında iştirak edərək əlil olmuş rayon sakinləri ilə görüşüb. Görüşdə Rövşən Bağırov dövlət başçısının əlillərə, o cümlədən Çernobıl əlillərinə göstərdiyi qayğıdan bəhs edərək, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixdə "Əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin Təqaüdü"nün təsis edilməsi haqqında Fərmanın bu diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Çernobıl əlili Bəxtiyar Şiriyev ölkə başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.
Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən Çernobıl əlillərinə maddi yardım göstərilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB