"Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlər dolub". Bu barədə SİA-ya Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ)mətbuat xidmətinin rəhəbəri Rəhimə Dadaşova məlumat verib.
Onun sözlərinə görə, zəvvəarlar üçün ayrılan yer dolduğundan artıq sənəd qəbuluna xitam verilib.
R. Dadaşova vurğulayıb ki, bu il ölkəmizdən həcc ziyarətinə 3200 zəvvar yola düşəcək: " Ziyarət sentyabrın 23-dən həyata keçməyə başlayacaq. Birinci gün bir reys həyata keçirilsədə növbəti günlər gündə iki və ya üç reys həyata keçməklə zəvvarlar Həcc ziyarətinə gedə biləcəklər".
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB