Arxeologiya və Etnoqrafiya İnstitutu Naxçıvanın 90 illiyini qeyd edəcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu aprelin 28-29-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyinə həsr edilən "Azərbaycan Arxeologiya və Etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin rolu" mövzusunda elmi konfrans keçirəcək. İnstitutdan SİA-ya verilən xəbərə görə, tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, görgəmli alimlər, arxeologiya və etnoqrafiya üzrə tədqiqatçılarının iştirakı nəzərdə tutulur.
Konfransın məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində aşkar edilən tarixi abidələrin regionun və bəşər tarixində özünəməxsus yerinin son elmi tədqiqatlar fonunda vurğulanması, Naxçıvan arxeologiya və etnoqrafiya məktəbinin əldə etdiyi nailiyyətlərin, həmçinin Azərbaycan arxeoloq və etnoqraflarının apardıqları son tədqiqatların mahiyyətinin və milli arxeologiya və etnoqrafiyanın qarşısında duran yeni tədqiqat istiqamətlərinin göstərilməsidir.
Konfransda iştirakla bağlı müraciət edənlərin sayı 50-dən artıqdır. Elmi konfransın materialları tezislər toplusu şəklində dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB