Qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək

Qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək

"Aprelin 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq". Bunu SİA-ya açıqlamasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturunun gecə 8-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir: "Ölkənin bölgələrində aprelin 26-da şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-15 dərəcə isti olacağı gözlənilir".

Qurum rəsmisi bildirib ki, qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə