Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə "Start" İdman Kompleksində karate üzrə turnir keçirib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Yəni, dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.
YAP Nizami rayon təşkilatının "Start" ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev də öz növbəsində bildirib ki, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib.
Çıxışlardan sonra turnirə start verilib.
Turnirdə 100-ə yaxın idmançı öz gücünü sınayıb. Hətta, onların arasında dünya və Avropa çempionları da olub.
Güclü mübarizə şəraitində keçən turnirin sonunda qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.
Bununla yanaşı, Nizami rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi birgə müxtəlif yaş kateqoriyalarından ibarət məktəblilər arasında şahmat yarışı keçirib.
Tədbirdə bildirilib ki, belə bir yarışın keçirilməsində məqsəd şahmatın inkişafı və kütləviliyinin artırılması, yüksək potensiallı şahmatçıların aşkar edilərək həvəsləndirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə nail olmaqdır.
Sonra yarışa start verilib.
Turnirdə 30 şahmatçı iştirak edib və olimpiya sistemilə yarışıblar.
Gərgin və maraqlı keçən yarışmada I, II və III yerin qalibləri müəyyənləşdirilib.
Sonda qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Nizami rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB