Əsgərimiz yaralanıb RƏSMİ MƏLUMAT

Əsgərimiz yaralanıb RƏSMİ MƏLUMAT

Aprelin 23-ü saat 20:40 radələrində Qəbələ rayonundan hərbi xidmətə çağırılan N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Məcidov Elnur Əli oğlu döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yaralı əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə