Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayı keçiriləcək.
İnstitutdan SİA-ya verilən məlumata görə, qurultayda qoyulan bir çox məsələlər müzakirə ediləcək. Tədbirdə Azərbaycan Coğrafiya Cəmiyyətinin hesabatı dinləniləcək.
Qurultayda Cəmiyyətin yeni Rəyasət Heyəti və prezidenti seçiləcək, qurumun növbəti konfransının keçirilməsi barədə qərar veriləcək.
Bununla yanaşı, "Coğrafiya Cəmiyyətinin Əsərləri" jurnalının təsis olunacaq, Coğrafiya Cəmiyyətinin elektron saytı təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB