DMX-nin rəisi Niderlanda səfər edib

DMX-nin rəisi Niderlanda səfər edib

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Niderlanda səfər edib. SİA-nın xəbərinə görə, Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti baş direktorunun dəvəti ilə baş tutan səfərin məqsədi Avropa Birliyi ilə birgə həyata keçirilən "Tvinninq" layihəsinin növbəti mərhələsinin müzakirəsi, layihə çərçivəsində DMX-nin əsas tərəfdaşı olan Niderland Krallığının Təhlükəsizlik və Ədliyyə Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidməti arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsidir.

Qeyd edək ki, aprelin 22-də F.Nəbiyevlə Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maas arasında ikitərəfli əməkdaşlığa dair görüş olub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Niderlandın İmmiqrasiya naziri Frederik Teeven, eləcə də İmmiqrasiya və Naturalizasiya Xidmətinin baş direktoru Van Lintlə görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə