Millət vəkili: "Kurort-sanatoriyalarının 80%-də qaçqın və məcburi köçkünlər yaşayır"
"Həmkarlar ittifaqlarının kurort-sanatoriyalarının 80%-də qaçqın və məcburi köçkünlər yaşayır". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, həmin ərazilərdən köçürmələr olsa da, kurort-sanatoriyaları istifadəyə yararsız hala düşüb və onların yenidən təmir edilməsi üçün külli miqdarda vəsait lazımdır: "Bəzi hallarda isə köçürülmə zamanı qaçqın və məcburi köçkünlərin bir qismi gedir, həmin ərazini isə yenidən digər bölgələrdə yaşayan qaçqınlar və məcburi köçkünlər gəlib zəbt edir. Belə hallar həddindən artıq çoxdur. Bunların qarşısını ala bilmirik. Sahə həmkarlar ittifaqlarını məcbur edirik ki, onlara daxil olan vəsaitdən qənaətlə istifadə edib, öz işçiləri üçün istirahət mərkəzləri tiksinlər. Ötən il təhsil işçiləri Nabranda 288 yerlik istirahət mərkəzi tikərək qazlaşdırılmış vəziyyətdə istifadəyə veriblər. Onu da qeyd edim ki, əgər orda 1000 istirahət mərkəzi varsa onun mində biri qazlaşdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB